İkinci liqaya yüksələn komanda bəlli oldu

İkinci liqaya yüksələn komanda bəlli oldu

Bu gün futbol üzrə Azərbaycan 2-ci liqasına vəsiqə uğrunda pley-off qarşılaşması keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, 2-ci liqada 13-cü pilləni tutan “Lerik” AFFA Region Liqasının finalçısı “Şirvan”la qarşılaşıb.

“ASCO Arena”da keçirilən bu matçda qalib gələn komanda “Şirvan” olub - 3:2. Bununla da onlar növbəti mövsüm 2-ci liqada mübarizə aparacaqlar. Məğlub olan “Lerik” isə Region Liqasında iştirak edəcək.

"Cebheinfo.az"