Goranboyda maşın piyadanı vurub

Goranboyda maşın piyadanı vurub

Goranboy rayonunda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"