Nigeriyada daşqınlar zamanı onlarla insan ölüb

Nigeriyada daşqınlar zamanı onlarla insan ölüb

Nigeriyanın mərkəzində daşqınlar nəticəsində 20-dən çox adam ölüb.

Bu barədə Niger ştatının Fövqəladə Hallar İdarəsinə istinadən “Daily Nigerian” qəzeti məlumat yayıb.

İlkin məlumata görə, Mokva bölgəsində uzun sürən leysan yağışları daşqınlara səbəb olub. Nəticədə sakinlərlə birlikdə 50 ev su altında qalıb.

Xidmətin rəhbəri İbrahim Hüseyni bildirib ki, hadisə nəticəsində 21 nəfər ölüb, 10 nəfər itkin düşüb. Onun sözlərinə görə, 3 nəfər xilas edilib. Mokva şəhərinin mərkəzi mehmanxanasında onlara tibbi yardım göstərilir.

Daşqın bölgəsində axtarış-xilasetmə işlərinə başlanılıb.

"Cebheinfo.az"