Qapıçı qol vurub komandasını yuxarı liqaya yüksəltdi - VİDEO

II Liqaya vəsiqə uğrunda pley-off qarşılaşması keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, 2-ci liqada sonuncu yeri tutan “Lerik” Region Liqasının 2-cisi “Şirvan”la qarşılaşıb.
“ASCO Arena”da keçirilən bu matçda qalib gələn komanda “Şirvan” olub - 2:3.
Matçın 90+6-cı dəqiqəsində hesabda 2-1 öndə olan “Lerik”in qapısına künc zərbəsi təyin edilib. “Şirvan”ın qapıçısı matç zamanı önə çıxaraq komandasının bərabərlik qolunu vurub.
“Şirvan” əlavə olunmuş vaxtda daha bir qol vuraraq II Liqaya yüksəlib.
Məğlub olan “Lerik” isə Region Liqasında iştirak edəcək.
"Cebheinfo.az"