HƏMAS və İsrail Qəzzada 60 günlük atəşkəs haqqında razılığa gəliblər

HƏMAS və İsrail Qəzzada 60 günlük atəşkəs haqqında razılığa gəliblər

Fələstinin HƏMAS hərəkatı və İsrail Qəzza zolağında 60 gün müddətinə atəşi dayandırmaq barədə razılığa gəlib.

Bu barədə mənbələrə istinadən “Al Arabiya” telekanalı məlumat yayıb.

Onların məlumatına görə, artıq ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa məlumat verilib ki, münaqişə tərəfləri onun təklif etdiyi saziş layihəsini bəyəniblər.

Telekanal bildirib ki, ABŞ Prezidenti Donald Trampın yaxın bir neçə saat ərzində razılaşmanı elan edəcəyi gözlənilir.

"Cebheinfo.az"