Bu yerlərdə siqaret çəkmək qadağan olunacaq - SİYAHI

Fransanın səhiyyə naziri Katerine Voutrin iyulun 1-dən etibarən uşaqların olduğu parklar, çimərliklər və bağlar kimi açıq ərazilərdə siqaret çəkilməsinin qadağan ediləcəyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Fransanın səhiyyə naziri Katerine Voutrin Fransanın “Ouest-France” qəzetinə verdiyi açıqlamada, 1 iyul tarixindən etibarən siqaret qadağasının hansı açıq ərazilərdə qüvvədə olacağı ilə bağlı məlumat verib.
Bu tarixdən etibarən uşaqların olduğu parklar, bağçalar, çimərliklər, avtobus dayanacaqları və məktəb ətrafı kimi açıq yerlərdə siqaret çəkilməsinin qadağan ediləcəyini vurğulayan Vautrin, qadağaya əməl etməyənlərin 135 avro cərimə oluna biləcəyinə diqqət çəkib.
Vautrin uşaqların olduğu yerdə siqaret aradan qaldırılmalıdır deyərək, uşaqların təmiz hava ilə nəfəs alma haqqının başladığı yerdə siqaret çəkmə azadlığının bitdiyini vurğulayıb.
Çıxarılacaq fərmanda bu qadağanın məktəblər ətrafında necə tətbiq olunacağının dəqiqləşdiriləcəyini qeyd edən Vautrin, şagirdlərin məktəblərin qarşısında siqaret çəkməsinin qarşısını almaq üçün bu qadağanın orta və liseylər ətrafında da tətbiq ediləcəyini bildirib.
Milli mətbuat kafe bağlarının qadağadan azad ediləcəyini və elektron siqaretdən istifadəyə qadağanın olmayacağını yazıb.
Nigar Hacılı
"Cebheinfo.az"