Faciəvi şəkildə ölən qardaşların - FOTOSU

Xəbər verdiyimiz kimi, ötən gün Neftçalada iki qardaşın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo”nun məlumatına görə, rayonun Xol Qaraqaşlı kəndi ərazisində yerləşən fərdi yaşayış evində təmir işləri aparılan zaman yaranan yanğın partlayışa səbəb olub.
Partlayış dalğasının təsirindən evdə yaşayan 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğlu və onun qardaş 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu həlak olub.
Qeyd edək ki, partlayışa döşəməyə dolğu vurulan zaman siqaretin yandırılmasının səbəb olduğu bildirilir.
Faciəvi şəkildə ölən qardaşların fotosu sosial şəbəkələrdə yayılıb.
"Cebheinfo.az"