Nazirlikdən təhlükə ilə bağlı MÜRACİƏT

Nazirlikdən təhlükə ilə bağlı MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi (FHN) qar uçqunu təhlükəsi ilə əlaqədar xəbərdarlıq edib.

"Cebheinfo.az" xəbər verir ki, müraciətdə deyilir:

“Temperaturun yüksəlməsi fonunda iyun ayının 3-nə kimi yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı mövcuddur.

Bununla əlaqədar nazirlik vətəndaşları göstərilən müddətdə yüksək dağlıq ərazilərə səfərlərdən çəkinməyə, belə bir zərurət yarandıqda isə müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə, o cümlədən qar uçqunu ehtimalı olan yerlərdən, habelə dik yamaclardan kənar gəzməyə çağırır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”

"Cebheinfo.az"