Yanğın bölgəni cənginə alıb -TƏHLÜKƏ

Yanğın bölgəni cənginə alıb -TƏHLÜKƏ

Kanadanın Saskatçevan əyalətində başlayan meşə yanğınları Manitoba ərazisinə yayılıb. 

Manitoba əyalət başçısı Vab Kinev rəsmi açıqlamasında təxminən 17 min nəfərin təxliyə olunacağını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Baş nazir Mark Karney bölgəyə ordu qüvvələrinin göndərilməsinə razılıq verib. Əhali futbol stadionları və ictimai mərkəzlərə yerləşdirilir, federal silahlı qüvvələr təxliyə işlərinə cəlb olunub.

Qeyd edək ki, Manitobada hazırda 22 aktiv meşə yanğını qeydə alınıb. Alovlarla mübarizəyə ölkənin müxtəlif əyalətlərindən yüzlərlə yanğınsöndürən cəlb olunub. Rəsmilərin məlumatına görə, onlardan biri ağır yaralanıb.Cari ilin əvvəlindən  Manitoba ərazisində 102 meşə yanğını baş verib. Keçən il isə bu rəqəm 77 olub.

Yanğınların başladığı Saskatçevanın Kreyton qəsəbəsində də 1200 nəfərin təxliyəsi elan olunub. Alberta əyalətində isə çərşənbə günü başlayan meşə yanğınları nəticəsində bəzi neft və qaz istehsalı obyektləri müvəqqəti bağlanıb.

Əyalətin şimalında yerləşən Svan-Hils qəsəbəsində isə 1600 hektar sahə külə dönüb.

Ərazidə fəaliyyət göstərən "Aspenleaf Energy" şirkəti həmin gün hasilatını dayandıraraq gündəlik 4 min barel neft ekvivalentində istehsalı müvəqqəti dayandırdığını açıqlayıb.

"Cenovus Energy" isə bəzi obyektlərdən vacib olmayan heyəti çıxarıb.

Səbinə Uğur
"Cebheinfo.az"