Cüdoçularımız Avropa çempionatında iştirak edəcəklər

31 may - 1 iyun aralığında Latviyanın paytaxtı Riqadakı kata üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb.
Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Qitə yarışında ölkəmiz 4 idmançı ilə təmsil olunacaq. Onlar “Nage-no-kata” və “Katame-no-kata” üzrə mübarizə aparacaqlar.
Nage-no-Kata
İsmayıl Rzayev - tori (hücum edən idmançı)
Samir İsmayılov - uke (hücum edilən idmançı)
Katame-no-kata
Rafiq Nəcəfov - tori
Seymur Məcidli - uke
Qeyd edək ki, turnirdə 22 ölkədən 332 cüdoçu qüvvəsini sınayacaq.
"Cebheinfo.az"