Lukaşenko kosmosda ABŞ ilə rəqabət tapşırığı verdi

Lukaşenko kosmosda ABŞ ilə rəqabət tapşırığı verdi

"Belarus rəsmiləri NASA-nın Belarus analoqunun yaradılması barədə düşünməlidirlər".

Oxu.Az-ın Lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Nazirlər Şurasının rəhbərliyi ilə görüşündə danışıb.

Lukaşenko görüş zamanı kosmosda ABŞ-yə rəqabət təşkil etmək imkanını müzakirə edib.

"Bəs "Belarus NASA"sının yaradılmasından nə əldə edəcəyik? Bunun effekti yeni təşkilatın yaradılmasına və onun saxlanmasına çəkilən xərcləri ilə müqayisə edilə biləcəkmi?", - deyə o qeyd edib və bu məsələ üzərində düşünməyi təklif edib.

Aleksandr Lukaşenkonun sözlərinə görə, sovet dövründə Belarusda kosmik sənaye formalaşıb və hazırda bu sahə Milli Elmlər Akademiyasının nəzarəti altındadır.

Belarus prezidenti respublikada kosmik fəaliyyətin tənzimlənməsi üçün başqa mexanizm yaratmağı mümkün hesab edib.

"Cebheinfo.az"