Latviya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

Latviya yığmasının yoldaşlıq görüşü çərçivəsində iyunun 7-də Azərbaycan millisinə və DÇ-2026-nın seçmə mərhələsində iyunun 10-da Albaniyaya qarşı keçirəcəyi ev oyunları üçün heyəti açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, baş məşqçi Paolo Nikolati heyətə 25 futbolçu cəlb edib.
Qapıçılar: Rixard Matreviç, Krişyanis Zviedris, Frenk David Orols;
Müdafiəçilər: Antoni Çernomordi, Krister Tober, Vitali Yaqodinski, Robert Savalniek, Andrey Çiqanik, Raivi Andris Yurkovski, Daniel Balodis, Denis Melnik, Maksim Tonişev;
Yarımmüdafiəçilər: Alvis Yaunzem, Aleksey Savelyev, Eduard Daşkeviç, Qleb Zaleyko, Kristap Qrabovski, Krister Penkeviç, Renar Varslavan, Dmitri Zelenkov, Lukas Vapne;
Hücumçular: Yanis Ukaunyek, Vladislav Qutkovski, Marko Reqza, Bruno Melnis.
Qeyd edək ki, Latviya - Azərbaycan oyunu iyunun 7-də, Bakı vaxtı ilə saat 17:00-da Riqada yerləşən “Skonto” stadionunda keçiriləcək.
"Cebheinfo.az"