Ərdoğan: “İrəvanla Bakı arasında sülh artıq üfüqdədir”

Türkiyə Prezidenti Rəcəb Ərdoğan Ermənistan və Türkiyə münasibətlərinin normallaşmasından danşıb.
O, hər iki tərəfin bundan faydalanacaqlarını bildirib.
“Cebheinfo.az” bu barədə "Anadolu"-ya istinadən xəbər verir.
"Biz Ermənistanla münasibətlərin mərhələli şəkildə normallaşması prosesini yaşayırıq. Sülh əldə olunandan və münasibətlər normallaşdıqdan sonra ölkələrimizin bundan faydalanacağını görəcəyik", - Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyə İrandan regionda sülh, sabitlik və inkişafa xidmət edəcək Zəngəzur dəhlizi ilə bağlı addımları dəstəkləməsini gözləyir.
Ərdoğan, həmçinin Ankaranın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına da toxunub.
Bildirib ki, rəsmi Ankara buna lazımi töhfə verir.
Onun fikrincə, İrəvanla Bakı arasında sülh artıq üfüqdədir.
Xəzər
“Cebheinfo.az”