Trampa dəhşətli zərbə: Rüsumlar...

Trampa dəhşətli zərbə: Rüsumlar...

ABŞ Prezidenti Donald Trampın digər ölkələrdən idxal olunan mallara tətbiq etdiyi gömrük rüsumları ilə bağlı bəzi özəl şirkətlər və ştatlar tərəfindən hökumətə qarşı qaldırılan məhkəmə işində qərar elan olunub.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Beynəlxalq Ticarət Məhkəməsi Trampın digər ölkələrə tətbiq etdiyi tariflərlə qanuni səlahiyyətlərini aşdığına qərar verərək, həmin tariflərin tətbiqini dayandırmaq barədə qərar çıxarıb.

Bildirilir ki, qarşılıqlılıq prinsipinə əsaslanan tariflər, Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı (IEEPA) çərçivəsində Prezidentə verilən səlahiyyətləri aşır və bu səbəbdən qanunsuzdur.

Qeyd edilib ki, ABŞ Konstitusiyası ticarəti tənzimləmə və vergi tətbiqetmə səlahiyyətini yalnız Konqresə verir. Bu baxımdan, mübahisə doğuran tarif qərarları ləğv ediləcək və onların tətbiqi daimi olaraq dayandırılacaq.

ABŞ mediasında yer alan xəbərlərə görə, Tramp administrasiyası məhkəmənin bu qərarına etiraz edib. 

Prezident Tramp, “Qurtuluş günü” adlandırdığı 2 aprel tarixində ABŞ-nin ticarət tərəfdaşlarına qarşı qarşılıqlılıq prinsipinə əsaslanan tariflərin tətbiqini nəzərdə tutan sərəncamı imzalamışdı.

Tramp əsas tarif faizinin 10 % olacağını bildirmiş və ölkələrin ABŞ mallarına qarşı tətbiq etdiyi tarif və qeyri-tarif maneələrini nəzərə alaraq, ölkələrə görə fərqli gömrük vergisi faizlərini açıqlamışdı.

Əfsanə Rəcəb
"Cebheinfo.az"