Göz yaşlarını saxlaya bilmədi: "Mənim də nəvələrim...”

Göz yaşlarını saxlaya bilmədi: "Mənim də nəvələrim...”

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur BMT Təhlükəsizlik Şurasındakı çıxışında Qəzzada fələstinli uşaqları hədəf alan soyqırım olduğunu bildirib və beynəlxalq ictimaiyyəti təcili müdaxiləyə çağırıb.

"Cebheinfo.az" xəbər verir ki, Riyad Mənsur baş verən qətliamları danışarkən göz yaşlarını saxlaya bilməyib. 

O, çıxışı zamanı "anaların cansız bədənlərə sarıldığı, saçlarını oxşadığı, onlarla danışdığı və üzr istədiyi" görüntülərdən bəhs edib. 

Mansur nitqi zamanı “Uşaqlarının cansız bədənlərinə sarılan, saçlarını oxşayan, onlarla danışan və üzr istəyən anaların görüntüləri... Mənim də nəvələrim var. Bu uşaqların ailələri üçün bunun nə demək olduğunu çox yaxşı bilirəm" deyib.

O, Qəzza sakinlərinin uzun müddətdir su, qida və dərman kimi ən əsas ehtiyaclardan məhrum edildiyini vurğulayıb:

“Bu çox amansızdır. Daha neçə uşağın ölməsi lazımdır?”

Mansur İsraili Qəzzada həyat şərtləri tamamilə çökməsinə baxmayaraq, guya humanitar yardımların çatdırılmasına icazə verirmiş kimi yanlış təəssürat yaratmaqda ittiham edib:

“Əgər İsrail həqiqətən yardımların çatmasını istəyirdisə, keçid məntəqələrini açar və Birləşmiş Millətlərlə tam koordinasiya şəraitində yardımın gecikmədən, tam şəkildə çatdırılmasını təmin edərdi"

Filastin xalqının torpaqlarını tərk etməyəcəyini vurğulayan Riyad Mansur çıxışını belə tamamlayıb:

“İsrailin əsas məqsədi fələstinliləri öldürərək, ac saxlayaraq, onları yox etməyə çalışaraq köçməyə məcbur etməkdir. Bununla da onların müqavimətini qırmaq və tamamilə aradan qaldırmaq istəyir”.

Əfsanə Rəcəb
"Cebheinfo.az"