Ərdoğan: “Sülhə nail olmaq üçün səylərimizi davam etdiririk”

Ərdoğan: “Sülhə nail olmaq üçün səylərimizi davam etdiririk”

“Ankara Rusiya və Ukrayna ilə daimi təmasdadır və regionda münaqişənin sülh yolu ilə həlli üçün bütün diplomatik imkanlarını səfərbər edib”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

“Sülhə nail olmaq üçün səylərimizi davam etdiririk və bundan sonra da davam edəcəyik. Həm Rusiya, həm də Ukrayna ilə təmasdayıq. Tərəflər arasında yaranan dialoq impulsunu daimi sülh üçün fürsət kimi görürük.Hər dəfə bu fürsətin əldən verilməməsi gərəkdiyini xatırladırıq. Gəlin bu imkan pəncərəsini bağlamayaq. Biz sülh üçün bütün diplomatik gücümüzdən və potensialımızdan istifadə edirik. Regionumuzdakı bu böyük yanğını söndürmək həm humanitar borcumuzdur, həm də milli maraqlarımıza uyğundur”, – deyə Ərdoğan qeyd edib.

Türkiyə lideri sülh prosesinin uğurla nəticələnəcəyinə ümid etdiyini vurğulayıb:

“Mövcud sülh səyləri nəticəsində arzulanan kompromisə nail olunacağına ümid edirik. Bütün dünya şahid oldu ki, bu müharibə Avropanın təhlükəsizlik arxitekturasını və xüsusilə enerji siyasətini əsaslı şəkildə dəyişdi. Avropa İttifaqı enerji sahəsində Rusiyadan asılılığını azaltmaq üçün yollar axtarır. Bu isə Türkiyə kimi enerji tranzit ölkələrinin geosiyasi əhəmiyyətini artırır”.

Ərdoğanın bu açıqlamaları onun Cənubi Qafqazdakı geosiyasi proseslərə dair fəal mövqeyinin davamı kimi qiymətləndirilir.

Səbinə Uğur
"Cebheinfo.az"