Niderland XİN-in idarə rəisi Azərbaycanı təbrik edib

Niderland XİN-in idarə rəisi Azərbaycanı təbrik edib

Niderland Krallığının Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi Erik Vestestrate 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə paylaşım edib.

“Bu həftənin əvvəlində Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə iştirak etməkdən məmnun oldum – 28 May 1918-ci ildə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətini birlikdə yad etdik”, – o qeyd edib.

O, tədbir sayəsində “bir az azərbaycanca məşq etdiyini” vurğulayıb. “Təbriklər Azərbaycan!”, – o, tədbirdə çəkilmiş şəklini paylaşaraq yazıb.

"Cebheinfo.az"