Fövqəladə vəziyyət elan edilib - İLGİNC SƏBƏB

Yunanıstanın şimalındakı Serres şəhərinin 3 yaşayış məntəqəsində içməli suda uranın təhlükəli miqdarı aşkarlandığı üçün fövqəladə vəziyyət elan edilib.
"Cebheinfo.az" xəbər verir ki, Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, Mülki Müdafiə Baş katibinin Serres, Lefkonas və Kristos yaşayış məntəqələri üçün qəbul etdiyi fövqəladə vəziyyət qərarı suda aşkar edilən uran problemi ilə mübarizəni asanlaşdırmaq məqsədi daşıyır.
Serres Bələdiyyə Başçısı Varvara Bitlianqanın tələbi ilə qəbul edilən fövqəladə vəziyyət qərarı iyunun 26-dək davam edəcək.
Bu qərar müvafiq bələdiyyə və qurumların fövqəladə vəziyyətlərdə istifadə oluna biləcək maliyyə alətlərinə çıxışını təmin edəcək və problemin həlli prosesini sürətləndirərək vətəndaşlara dəstək verəcək. Ötən həftə Serresdə aparılan yoxlamalar zamanı içməli suda təhlükəli uranın miqdarı aşkar edilib, beş yaşayış məntəqəsində sudan içməli və yemək bişirmək üçün istifadə qadağan edilib.
Nigar Hacılı
"Cebheinfo.az"