Səfirin iqamətgahı yenidən açılıb

ABŞ-ın Suriyadakı səfirinin iqamətgahı yenidən açılıb.
APA “The Washington Post”a istinadən xəbər verir ki, Dəməşqdə bununla bağlı xüsusi mərasim keçirilib.
Mərasimdə ABŞ-ın Türkiyədiki səfiri, eyni zamanda Suriyadakı xüsusi nümayəndəsi Tom Barrak və Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani şəxsən iştirak edib.
O, həmçinin “X” hesabı vasitəsilə ABŞ prezidenti Donald Trampa təşəkkürünü çatdırıb.
Mərasim ABŞ-ın dövlət bayrağının qaldırılması ilə başa çatıb.
"Cebheinfo.az"