Şahbaz Şərif: "Laçın şəhərində olmağımdan çox məmnunam"

Bu gözəl məkanda, dağlıq ərazidə yerləşən Laçın şəhərində olmağımdan çox məmnunam.
APA-nın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Pakistan Baş naziri Şahbaz Şərif Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.
“Prezident İlham Əliyev, Siz böyük liderliyiniz sayəsində 30 illik işğaldan sonra bu bölgəni azad etməyə nail olmusunuz. Bu işdə Silahlı Qüvvələriniz böyük cəsarət göstərib. Mən buradan bu torpaqların azad edilməsi uğrunda həyatlarından keçən şəhidləri anıram. Qaziləri də salamlayıram. Onlar da çox böyük şücaət, cəsarət göstəriblər. Bir daha bu böyük nailiyyət münasibəti ilə hər birinizi təbrik edirəm”, - deyə Pakistan Baş naziri vurğulayıb .
"Cebheinfo.az"