Əli Kərimlinin müstəqillik “bayrağı”

Əli Kərimlinin rəhbərlik etdiyi radikallar hər il olduğu kimi bu dəfə də 28 May - Müstəqillik Günündən siyasi kampaniya məqsədilə istifadə etməyə çalışıb.
Belə ki, sosial bazası tükənmiş Əli Kərimli adətən 28 may günü Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət etmək adı altında yürüşə çıxır, müxtəlif yönlərdən fotoşəkillər çəkdirir və bununla hələ xeyli tərəfdarlarının qaldığına dair görüntü yaratmağa çalışır.
Təbii ki, bunun adı siyasi “bazar”lıq və möhtəkirlikdir. Lakin Əli Kərimlinin Azərbaycan Xalq Cümhuriyyətinə və böyük Məhəmməd Əmin Rəsulzadəyə qarşı hər hansı siyasi etikaya sığmayan davranışları bununla yekunlaşmır.
Əli Kərimli və onun qruplaşması böyük Məhəmməd Əminin abidəsinə doğru yürüş edərkən Avropa İttifaqının bayrağını qaldırıblar.
Halbuki, Avropa İttifaqının Azərbaycanın müstəqilliyi ilə heç bir əlaqəsi yoxdur.
Məgər Əli Kərimli Avropa Parlamentində separatçı rejimin, Azərbaycan dövlətinə və xalqına qarşı hərbi cinayətlər törətmiş insanların müdafiə edildiyini bilmir?
Əlbəttə, Əli Kərimli bütün bunlar haqqında kifayət qədər məlumatlıdır. Ancaq o, öz maraqlarına “oynayır”.
Əli Kərimli onu da yaxşı bilir ki, Avropa İttifaqının müşahidəçiləri Ermənistanda oturub Azərbaycana qarşı qərəzli fikirlərlə bütün hər kəsi zəhərləyirlər.
Avropalı müşahidəçilər hər gün Azərbaycanla şərti sərhəddə əllərində binokl kəşfiyyat müşahidələri aparır.
Azərbaycan Ordusunun hərbi mövqelərinə baxış zamanı toplanan məlumatlar kimə ötürülür?
Əlbəttə, Ermənistanın, Fransanın Müdafiə nazirliklərinə.
Əli Kərimli də Azərbaycana düşmən münasibət bəsləyən bu qüvvələrin bayrağı altında müstəqillik günümüzü qeyd edir.
Görünür, bununla Əli Kərimli yenə də artıq xalq üçün köhnəlmiş və unudulmuş siyasi nağılları bərpa etməyə, Azərbaycana Avropa demokratiyası gətirəcəyinə dair rəy yaratmağa çalışır.
Süleyman
“Cebheinfo.az”