Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 198 min 838 ton meyvə-tərəvəz idxal edilib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə meyvə-tərəvəzin dəyəri 142 milyon 720 min ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 10 min ton (5,2 %), dəyər baxımından isə 16 milyon 233 min ABŞ dolları (12,8 %) çoxdur.
Hesabat dövründə meyvə-tərəvəz idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,75 %-ni təşkil edib.
4 ay ərzində Azərbaycan 207 milyon 71 min ABŞ dolları dəyərində 175 min 663 ton meyvə-tərəvəz ixrac edib.
Bunlar, ötən ilin eyni dövrünə nisbətən həcm baxımından 26 min 126 ton (17,4 %), dəyər baxımından isə 26 milyon 767 min ABŞ dolları (14,8 %) çoxdur.
Hesabat dövründə meyvə-tərəvəz ixracından əldə olunan Azərbaycanın ümumi ixrac gəlirlərinin 19,4 %-ni təşkil edib.
"Cebheinfo.az"