Azərbaycan çay idxalı və ixracını artırıb

Azərbaycan çay idxalı və ixracını artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 5 min 221 ton çay idxal edilib.

"Cebheinfo.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə çayın dəyəri 31 milyon 828 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 644 ton (46 %), dəyər baxımından isə 14 milyon 75 min ABŞ dolları (79,2 %) çoxdur.

Hesabat dövründə çay idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ni təşkil edib.

4 ay ərzində Azərbaycan 1 milyon 973 min ABŞ dolları dəyərində 224 ton çay ixrac edib.

Bunlar, ötən ilin eyni dövrünə nisbətən həcm baxımından 5 ton (2,3 %) çoxdur, dəyər baxımından isə 61 min ABŞ dolları (2,9 %) azdır.

Hesabat dövründə çay idxalından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,2 %-ni təşkil edib.

"Cebheinfo.az"