Hakan Fidan sabah Ukraynaya səfər edəcək

Hakan Fidan sabah Ukraynaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan 29-30 may tarixlərində Ukraynada səfərdə olacaq.

Türkiyənin Xarici İşlər Nazirliyindən “Report”un Ankara bürosuna verilən məlumata görə, səfər Ukrayna xarici işlər naziri Andrey Sibihanın dəvəti ilə baş tutacaq.

Səfər çərçivəsində nazirin Ukrayna prezidenti Volodimir Zelenski və Baş nazir Denis Şmıqal tərəfindən qəbul ediləcəyi planlaşdırılır.

"Cebheinfo.az"