Gimnastımız Avropa çempionatının finalında

Gimnastımız Avropa çempionatının finalında

Nikita Simonov Almaniyanın Leypziq şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatında uğurla çıxış edərək finala yüksəlib.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan millisinin gimnastı özünün əsas növü olan halqalarda çıxış edib.

O, hakimlərdən 14.033 xal alaraq təsnifat mərhələsində yeddinci yeri tutub və finala vəsiqə qazanıb.

Halqalarla yarışın finalı mayın 30-da keçiriləcək.

Qeyd edək ki, Simonov ötən il keçirilən qitə çempionatının gümüş medalçısı olub.

"Cebheinfo.az"