Simonyan sərsəmlədi: Ermənilər Bakıda yaşaya biləcəklər?

“Ermənilər Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra Bakıda yaşaya biləcəklər”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan Milli Məclisinin sədri Alen Simonyan keçirdiyi brifinqdə belə deyib.
“Qalanları Ermənistan ərazisində vaxtilə yaşadıqları kəndlərə qayıda biləcəklər. Eyni məntiqlə indi Gürcüstanda ermənilər yaşayır. Lakin Simonyan “qalanları” dedikdə kimi nəzərdə tutduğunu dəqiqləşdirməyib.Ermənistan “Telegram” kanallarının yazdığına görə, əslində söhbət azərbaycanlılardan gedir.
“Biz bir-birimizlə heç salamlaşmayacağıq? Sülh müqaviləsi imzalandıqdan beş dəqiqə sonra Ermənistan və Azərbaycan vətəndaşları bir-biri ilə ticarətə başlayacaqlar, hər cür ünsiyyətə və qarşılıqlı əlaqəyə girəcəklə”, - deyə Simonyan əlavə edib.
Göründüyü kimi, rəsmi İrəvan 1988-1990-cı illərdə Bakıdan köçmüş ermənilərin geriyə qayıtması şərtini gündəmə gətirir. Çox güman ki, Ermənistan rəhbərliyinin bu məsələni ortaya atmaqla Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması tələbinə qarşı alternativ mövqe nümayiş etdirir.
Yəni ermənilərin “Bakıda yaşayacağı” barədə Simonyanın dedikləri daha çox Qərbi azərbaycanlıların qayıdışı mövzusundan çəkindiricilik məqsədi daşıyır. Halbuki, ilk növbədə, azərbaycanlıların Ermənistana geri dönüşü təmin edilməlidir.
Birinci Qarabağ müharibəsinin əvvəlində azərbaycanlılar Ermənistandan məcburi deportasiya edilib. Onlar zorla evlərindən çıxarılıb, bəziləri öldürülüb, işgəncələrə məruz qalıb. Bakıda yaşayan ermənilərin əksəriyyəti isə könüllü köçüb.
Hətta ermənilərin bir çoxu mənzilini sataraq pulunu alıb və təhlükısiz şəraitdə Azərbaycanı tərk edib. Lakin Ermənistan hakimiyyəti azərbaycanlı qaçqınların qayıtmaq hüququnu tanımır və açıq şəkildə buna qarşı çıxır.
Alen Simonyan ermənilərin Bakıda yaşamasını dilə gətirməzdən öncə Qərbi azərbaycanlıların öz evlərinə dönmək hüququnu tanımalıdır.
Erməni spiker öz tarixi torpaqlarından zorla qovulmuş azərbaycanlı əhalinin adını çəkmək əvəzinə mücərrəd termin işlədir. Onun “qalanları” ifadəsini kimə aid etdiyi isə məlum deyil. Bu isə Ermənistanın üçün hər hansı siyasi və hüquqi öhdəlik yaratmır. Simonyan sonradan “qalanları” deyərkən azərbaycanlıları nəzərdə tutmadığını və onların qayıtmaq hüququnu tanımadığını deyə bilər.
Ermənistandan fərqli olaraq, rəsmi Bakı ermənilərin Azərbaycanda yaşamasına etraz etmir.Lakin Qarabağın erməni sakinləri azərbaycanlılarla birgə yaşamaqdan imtina edərək özləri könüllü köçüblər. Azərbaycan vətəndaşlığı və birgə yaşayış hüququ yalnız Azərbaycan ərazilərinin işğalında, soyqırım və etnik təmizləmə cinayətlərində iştirak etməmiş ermənilərə verilə bilər.
Azərbaycandan köçmüş ermənilərin əksəriyyəti isə qeyd edilən hərbi cinayətlərin iştirakçısı olub. Qərbi azərbaycanılar öz ata-baba yurdlarına qayıdacaqları təqdirdə, Ermənistan rəhbərliyindən onların təhlükəsizliyinə təminat verilməsini istəyir. Ermənistan hakimiyyəti isə azərbaycanlıların təhlükəsiz birgə yaşayış hüququna qarşı çıxır.
Müşfiq Abdulla
“Cebheinfo.az”