Aİ Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv edib

Aİ Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv edib

Avropa İttifaqı (Aİ) Suriyadan bütün iqtisadi sanksiyaların götürüldüyünü, həmçinin ölkənin 24 qurumunun, o cümlədən Mərkəzi Bankın qara siyahıdan çıxarıldığını elan edib.

Bu barədə “Report” Avropa İttifaqı Şurasının məlumatına istinadən xəbər verir.

"Aİ Şurası Suriyaya qarşı bütün iqtisadi məhdudlaşdırıcı tədbirlərin ləğvi ilə bağlı hüquqi sənədlər qəbul edib. Həmçinin, Suriya Mərkəzi Bankı, neft hasilatı və pambıq emalı sahəsində fəaliyyət göstərən şirkətlər də daxil olmaqla, 24 şirkət qara siyahıdan çıxarılıb", - məlumatda bildirilib.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu qərarı düzgün adlandırıb.

"Cebheinfo.az"