Azərbaycanda yeni sayt fəaliyyətə başladı

Azərbaycanda yeni sayt fəaliyyətə başladı

Azərbaycan xalqının tarixi mübarizəsinin simvolu olan 28 May – Respublika Günü münasibətilə mədəniyyət sahəsində əlamətdar bir hadisə baş verir. 

"Cebheinfo.az"  xəbər verir ki, bu gündən etibarən yeni bir media qrumu – “Ozaninfo.az” rəsmi fəaliyyətə başlayır.

Saytın təsisçisi “Dədə Ələsgər Ocağı” İctimai Birliyidir. Yeni mədəniyyət portalı olaraq “Ozaninfo.az” əsasən Azərbaycan və türk dünyasının mədəniyyətinə, ədəbi irsinə, musiqisinə, folkloruna və milli kimliyinə dair xəbərlərin, analizlərin və reportajların yayımlanmasını hədəfləyir.

Portal həmçinin çağdaş mədəni prosesləri izləyəcək, aşıq sənəti, klassik və müasir ədəbiyyat, mədəniyyət xadimləri haqqında materiallara geniş yer ayıracaq. Məqsədimiz dəyərli oxucularımıza həm informativ, həm də maarifləndirici məzmun təqdim etməkdir.

“Ozaninfo.az” saytının baş redaktoru “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli bildirib ki, portalın yaradılmasında əsas məqsədin milli-mənəvi dəyərlərin qorunması və təbliğ etməkdən ibarətdir. O həmçinin qeyd edib ki, yeni saytın yaradıcı heyəti oxucularla interaktiv ünsiyyətə və dinamik xəbər yayımına önəm verəcək, mədəniyyətin hər qatına işıq salmaq üçün fəaliyyət göstərəcək.

Əlaqə:
Vebsayt: www.ozaninfo.az
E-poçt: [email protected]

"Cebheinfo.az"