Dünənki konsertdə Məhəbbət Kazımov da yad olundu - VİDEO

Dünənki konsertdə Məhəbbət Kazımov da yad olundu - VİDEO

Laçında Həkəri çayı sahilində 28 May - Müstəqillik Gününə həsr edilən konsert keçirilib. Konsert Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərifin iştirakı ilə baş tutub.

"Cebheinfo.az" AzTV-yə istinadən xəbər verir ki, konsertdə liderlər mərhum müğənni Məhəbbət Kazımovun “Laçınım” mahnısını dinləyiblər.

Qeyd edək ki, Məhəbbət Kazımov 1953-cü ildə Laçının Çorman kəndində anadan olub. Ömrünün 22 ilini Laçın həsrəti ilə yaşayan sənətçi “Laçınım” mahnısı ilə tanınıb.

1998-ci ildə yazılan mahnının sözləri Osman Alovluya, musiqisi və ifası Məhəbbət Kazımova məxsusdur. Müğənninin ən böyük arzusu Laçına qayıtmaq və bu mahnını doğma yurdunda ifa etmək olub. Lakin Məhəbbət Kazımov 2014-cü il yanvarın 27-də uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Sözügedən görüntüləri təqdim edirik:

"Cebheinfo.az"