Mahir Emreli: "İnsanlar məni görməzdən gəliblər"

"Hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam".
"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli jurnalistlərə açıqlamasında deyib.
O, bəzən işlərin yolunda getdiyini, bəzən isə çətinliklərlə üzləşdiyini bildirib:
"Bir çox insanlar məni görməzdən gəliblər. Şikayət etmirəm. Çalışmağa üstünlük verdim".
Emreli insanların ondan gözləntilərinin çox olduğunu söyləyib: "Özümə bu cür motivasiya verməyə çalışıram".
O, gələcək karyerası ilə bağlı danışıb: "Hansı komandada çıxış edəcəyim bəlli deyil. Özüm də gözləyirəm. Agentlər nə istədilərsə, etdim. Onlardan xəbər gözləyirəm. Ümid edirəm ki, qarşıdakı həftələrdə biləcəyəm".
Forvard Bundesliqada çıxış etmək ehtimalı barədə danışıb: "Hansı doğru olsa, onu seçəcəyəm. Avropanın top 5 liqalarında oynamaq arzumdur. Ölkədən bu niyyətlə çıxmışam. Amma gözləməliyik".
"Cebheinfo.az"