Mövsümün ən yaxşısı o seçildi

“Real Madrid”də mövsümün futbolçusu bəlli olub.
“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, bu ada “kral klubu”nun fransalı hücumçusu Kilian Mbappe layiq görülüb.
Mbappe 2024/25 mövsümündə iştirak etdiyi 55 oyunda oyunda 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Kilianın “Real”la müqaviləsi 2029-cu ilə qədərdir.
Əlavə edək ki, İspaniya La Liqasının son nəticələrinə görə, Madrid təmsilçisi əzəli rəqibi “Barselona”dan 4 xal geri qalaraq turnir cədvəlində ikinci yeri tutub.
"Cebheinfo.az"