Ticarət mərkəzində atışma: Yaralananlar var

ABŞ-nin Konnektikut ştatında ticarət mərkəzində baş verən atışma nəticəsində 5 nəfərin yaralandığı bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ-nin Konnektikut ştatının Uoterberi rayonunda ticarət mərkəzində atışma baş verib.
Polis Brass Mill Center Ticarət Mərkəzində baş verən hadisənin mübahisə nəticəsində başladığını və 20 yaşlarında olan naməlum şəxsin atəş açaraq 5 nəfəri vurduğunu, sonra isə qaçdığını açıqlayıb.Səlahiyyətlilər təcavüzkarın tutulması üçün əməliyyatın başladığını açıqlayıb.
Nigar Hacılı
"Cebheinfo.az"