Salah karyerasını nə vaxt başa vuracağını açıqladı

Salah karyerasını nə vaxt başa vuracağını açıqladı

"Liverpul"un hücumçusu və İngiltərə Premyer Liqası mövsümünün ən yaxşı futbolçusu seçilən Məhəmməd Salah karyerasını nə vaxt başa vuracağı ilə bağlı sualı cavablandırıb.

Oxu.Az xəbər verir ki, misirli futbolçu "ON Sports" telekanalına açıqlamasında futbolu nə vaxt tərk edəcəyinə yalnız özü qərar verəcəyini bildirib.

O, 39 və ya 40 yaşa qədər oynaya biləcəyini düşündüyünü, lakin daha əvvəl dayanmaq istəsə, bunu edəcəyini deyib. Salah bu günə qədər çox uğur qazandığını vurğulayıb.

Salah hazırda "Liverpul"da xoşbəxt olduğunu və qarşıdakı 2 ili burada keçirəcəyini əlavə edib.

32 yaşlı futbolçu 2024/25 mövsümündə 28 qol vuraraq Premyer Liqanın bombardiri olub.

"Cebheinfo.az"