"Sabah" ilk dəfə Azərbaycan Kubokunda final iştirakçısı olacaq

"Sabah" ilk dəfə Azərbaycan Kubokunda final mərhələsinin iştirakçısı olacaq.
"Cebheinfo.az" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir kİ, 33-cü Azərbaycan Kubokunun finalı debütlə əlamətdar olacaq.
Son iki finalda yeni ad olmayıb. 2023-cü ildə "Qəbələ" və "Neftçi", ötən il isə "Qarabağ" və "Zirə" kubok uğrunda güclərini sınayıb.
Finalda sonuncu yeni ad 2022-ci il mayın 27-də olub. 1100 gün əvvəl "Qarabağ"la görüşən "Zirə" penaltilər seriyasında uduzub - 1:1 (3:4-p.)
"Cebheinfo.az"