Peskov: "Sülh təkliflərini əhatə edən sənədlər tərəflərə təqdim olunub"

Peskov: "Sülh təkliflərini əhatə edən sənədlər tərəflərə təqdim olunub"

"Rusiya və Ukrayna tərəfindən hazırlanmış sülh təkliflərini əhatə edən memorandum layihələri artıq tərəflərə təqdim olunub".

"Cebheinfo.az" TASS-a istinadən xəbər verir  ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.

Peskov qeyd edib ki, bu sənədlər yaxın zamanda ictimaiyyətə açıqlanacaq və bundan sonra növbəti danışıqlar raunduna keçmək mümkün olacaq.

"Tezliklə hər iki tərəfin təqdim etdiyi memorandum layihələri məlum olacaq və söhbət artıq növbəti danışıqlar mərhələsindən gedəcək", - deyə Kremlin nümayəndəsi vurğulayıb.

"Cebheinfo.az"