Şillədən sonra barış POZASI

Şillədən sonra barış POZASI

Fransa Prezidenti Emmanuel Makronun Vyetnam səfəri zamanı təyyarədən enməmişdən əvvəl həyat yoldaşı Bricit Makrondan şillə aldığı iddiaları gündəmi zəbt etmişdi. 

"Cebheinfo.az" xəbər verir ki, bu qalmaqallı hadisədən sonra Makron cütlüyündən yeni bir görüntü paylaşılıb.

Belə ki, Makron və həyat yoldaşının İndoneziya səfəri zamanı əl-ələ, gülümsəyərək kameralara poz verməsi böyük maraq doğurub. Səfər çərçivəsində İndoneziyanın müdafiə naziri Sjafri Sjamsoeddin tərəfindən qarşılanan Makron cütlüyünün həmin anları sosial şəbəkələrdə geniş müzakirə olunub.

Qeyd edək ki, Emmanuel Makronun Asiya turu çərçivəsində həyat yoldaşı Bricit Makrondan aldığı şillə sosial mediada qısa zamanda siyasi gündəmi belə arxa plana atmışdı.

Cütlüyün mübahisə etdiyi iddia olunsa da, Emmanuel Makron həmin görüntülərlə bağlı açıqlamasında aralarında heç bir problem olmadığını, sadəcə zarafatlaşdıqlarını bildirmişdi.

Əfsanə Rəcəb
"Cebheinfo.az"