Xətaidə Müstəqillik Gününə həsr edilmiş konsert keçirilib - FOTOLAR

Xətai rayonundakı Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon icra hakimiyyətinin, YAP Xətai Rayon Təşkilatının və Bakı şəhər Baş Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 28 May-Müstəqillik Gününə həsr edilmiş bayram konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai Rayon Təşkilatının sədri Ramil Mirzəyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, Vətən müharibəsi qəhrəmanları Nizami Mövlanov, Anar Mirzəyev, Zaur Hüseynov, şəhid ailələri, qazilər, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, müəssisə və təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi anılıb.
Konsertdə bir çox məşhur incəsənət ustaları və gənc müğənnilərin ifasında Ulu Öndər Heydər Əliyevə, həmçinin müstəqil Azərbaycana həsr olunan vətənpərvər ruhlu mahnılar səsləndirilib.
Böyük bayram təntənəsi və coşqu ilə keçən tədbirdə tanınmış incəsənət ustalarının və gənc müğənnilərin çıxışları rayon sakinləri tərəfindən rəğbətlə qarşılanıb.
"Cebheinfo.az"