Səhiyyə Nazirliyindən COVID-19 peyvəndi ilə bağlı TÖVSİYƏ

ABŞ-nin Səhiyyə Naziri Robert F. Kennedi sağlam uşaqlar və hamilə qadınlar üçün COVID-19 peyvəndinin artıq tövsiyə olunan peyvəndlər siyahısından çıxarıldığını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, nazir bu qərarı sosial şəbəkə hesabında paylaşdığı açıqlama ilə ictimaiyyətə çatdırıb.
Kennedi açıqlamasında, "Bu gündən etibarən COVID-19 peyvəndi, sağlam uşaqlar və sağlam hamilə qadınlar üçün ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) tərəfindən tövsiyə olunan peyvənd proqramından çıxarılıb. Ötən il Bayden administrasiyası, heç bir klinik dəlilə əsaslanmadan, sağlam uşaqları bir daha peyvənd olunmağa çağırmışdı", - deyə bildirib.
Koronavirus pandemiyasının başlanmasından artıq 5 ildən çox vaxt keçsə də, ABŞ-də hələ də hər həftə 300-dən çox insan COVID-19 səbəbilə həyatını itirir.Mütəxəssislər ölüm hallarının yüksək olmasını əhalinin aşağı peyvəndlənmə səviyyəsi və müalicəyə çıxış imkanlarının məhdud olması ilə izah edirlər.
CDC-nin məlumatlarına görə, ötən ay hər həftə orta hesabla təxminən 350 nəfər COVID-19 səbəbilə dünyasını dəyişib. Ölüm halları hələ də yüksək olsa da, bu göstəricilər əvvəlki yaz ayları ilə müqayisədə nisbətən aşağıdır.
Əfsanə Rəcəb
"Cebheinfo.az"