COP30-dan gözləntilər açıqlanıb

COP30-dan gözləntilər açıqlanıb

"Yaxın vaxtlarda Bonnda keçiriləcək Sessiyada Azərbaycan Braziliya ilə birlikdə COP30 zamanı qəbul edilməsi gözlənilən qərarların ilkin layihələrini təqdim edəcək".

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.

O, COP29 Sədrliyinin COP30-dan gözləntilərini də açıqlayıb:

"Azərbaycanın COP29-a sədrliyi hazırda da davam edir. Azərbaycan bu istiqamətdə fəal sədrlik aparır. Noyabr ayında Braziliyanın Belem şəhərində keçiriləcək COP30-dan ən böyük gözləntilərədn biri Bakıdan Belemə 1,3 trilyon dollarlıq "yol xəritəsi"nin hazırlanmasıdır. Əsas mahiyyət Bakıda qəbul olunmuş iqlim qərarlarının yerinə yetirilməsi, eyni zamanda, növbəti 10 ildə 300 milyardın 1,3 trilyon dollara çatdırılması ilə bağlı konkret istiqamətlərin olmasıdır. Hazırda Azərbaycan Sədrliyi Braziliyanın Sədrliyi ilə birlikdə digər gözlənilən qərarların üzərində işləyir. Yaxın vaxtlarda Bonnda keçiriləcək Sessiyada Azərbaycan Braziliya ilə birlikdə COP30 zamanı qəbul edilməsi gözlənilən qərarların ilkin layihələrini təqdim edəcək".

"Cebheinfo.az"