Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

Azərbaycanı Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək böyüklər arasında dünya çempionatında təmsil edəcək cüdoçular müəyyənləşib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Cüdo Federasiyasının mətbuat xidməti məlumnat yayıb.
Mötəbər turnirdə Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək.
Milli üzvləri performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar.
Laslo Papp İdman Arenasında keçiriləcək dünya çempionatında fərdi mübarizələr 13–19 iyun tarixlərində, qarışıq komanda yarışı isə 20 iyunda baş tutacaq.
Turnirdə kişi cüdoçulardan Əhməd Yusifov (60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri (+100 kq), qadınlardan Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Fidan Əlizadə (57 kq) mübarizə aparacaq.
Qarışıq komanda yarışında isə Aytac Qardaşxanlı və Günel Həsənli (70 kq) bacarıqlarını göstərəcək.
Qeyd edək ki, dünya çempionatı 13–20 iyun tarixlərində təşkil olunacaq.
"Cebheinfo.az"