Bakıda müəllim 1-ci sinif şagirdinin ağzına "skoç" vurdu

Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 112 saylı məktəbdə qalmaqallı hadisə baş verib.
"Cebheinfo.az" xəbər verir ki, BAKU.WS-in "qaynar xətt"inə daxil olan məlumata görə, ibtidai sinif müəllimi 1-ci sinif şagirdinin ağzına "skoç" yapışdırıb. Hadisə ilə bağlı şagirdin atası redaksiyamıza şikayət edib.
Valideynin sözlərinə görə, hadisənin görüntüləri mövcuddur və həmin videoda müəllimin uşağın ağzına "skoç" vurduğu aydın görünür.
Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə BAKU.WS-ə bildirilib ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılır.
Məktəb rəhbərliyinə qanunauyğun tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
"Cebheinfo.az"