Baxçalı DEM heyətini qapıda qarşıladı - FOTOLAR

Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) siyasi partiyalarla görüşləri davam edir.
“Cebheinfo.az” xəbər verir ki, sözügedən partiyanın heyəti bu gün Milliyətçi Hərəkat Partiyası (MHP) rəsmiləri ilə görüşüb.
Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən görüşdə DEM Partiyasının heyətində həmsədrlər Tülay Hatimoğulları, Tuncer Bakırhan, Qrup sədr müavini Gülistan Koçyiğit və deputat Sezai Temelli yer alıb. MHP lideri Dövlət Baxçalı sözügedən heyəti qapıda qarşılayıb. Tərəflərin PKK terror qruplaşmasının özünü buraxması və tərk-silah olunduğunu açıqlamasından sonra atılacaq addımları müzakirə etdiyi bildirilib.
DEM Partiyası görüşlə bağlı açıqlama verib:
“Görüş konstruktiv atmosferdə keçdi. PKK-nın dağılma prosesi və yeni konstitusiya çalışmalarını müzakirə etdik”.
Elmir Mustafa
“Cebheinfo.az”