Almaniya məktəblərində bomba təhlükəsi XƏBƏRDARLIĞI

Almaniyanın Reynland-Pfalz əyalətində 56-ya yaxın məktəb bomba təhlükəsi ilə bağlı xəbərlərə görə bağlanıb.
"Cebheinfo.az" xəbər verir ki, Trier, Aaç, Bernkastel-Kues və Idar-Oberstein kimi şəhərlərdəki məktəblərə göndərilən təhdid e-poçtları eyni mətnlərə malik idi və cümə günü Almaniya daxilində göndərilənlərlə eyni idi.
Polisin məlumatına görə, bu təhdidlərin əksəriyyətinin saxta olduğu düşünülür, lakin hər biri ciddi şəkildə araşdırılır.
Kaiserslautern, Koblenz, Mainz və Ludwigshafen kimi bir çox bölgədə yerləşən məktəblərdə dərslər dayandırılıb.
Bütün təhdidlər eyni e-poçt ünvanından göndərilib. Reynland-Pfalts Dövlət Kriminal Polis İdarəsi (LKA) göndəricinin tapılması üzərində işləyir.
LKA belə təhdidlərin ağır cinayət olduğunu və cinayətkarın ağır cəzalarla üzləşə biləcəyini bildirib.
Təhsil naziri Sven Teuber və daxili işlər naziri Maykl Eblinq təhdidləri qətiyyətlə pisləyib və məktəblərin təhlükəsizliyinin təmin edilməsi üçün hər cür dəstəyin göstəriləcəyini bildiriblər.
Nigar Hacılı
"Cebheinfo.az"