Kit Kelloq: Moskva və Kiyev arasında növbəti danışıqlar Cenevrədə keçirilə bilər

Kit Kelloq: Moskva və Kiyev arasında növbəti danışıqlar Cenevrədə keçirilə bilər

Ukrayna və Rusiya arasında növbəti danışıqlar Cenevrədə keçirilə bilər.

Bunu ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq deyib.

"Biz onu Vatikanda keçirmək istəyirdik, lakin ruslar oraya getmək istəmədilər. Buna görə Cenevrə üç liderin - Vladimir Putin, Volodimir Zelenski və Donald Trampın görüşəcəyi növbəti dayanacaq ola bilər. Beləliklə, onlar işləyə və müharibəyə son qoymaq üçün hər hansı bir sənəd imzalaya bilərlər", - o bildirib və Rusiyanın danışıqlar masasına oturması üçün ona təzyiqləri davam etdirməyin vacibliyini vurğulayıb.

"Cebheinfo.az"