İspaniya əcnəbilərə “yaşıl işıq” yandırdı

İspaniya əcnəbilərə “yaşıl işıq” yandırdı

İspaniyanın şərqindəki Balear adaları qrupunda hazırlanmış yerli qanun orada yaşayan əcnəbilərə hər evə bir avtomobilə sahib olmaq hüququ verir.

"Cebheinfo.az" xəbər verir ki, Balear adaları qrupundan Formentera və İbizadan sonra Mayorka adası da nəqliyyat vasitələrinin sıxlığını azaltmaq üçün addımlar atıb.

Mayorka Bələdiyyəsi adada yaşayan əcnəbilərə yaşayış icazəsi ilə hər evə bir avtomobilə sahib olmaq hüququ verən qanun qəbul edib.Gələn ilin əvvəlində qüvvəyə minməsi gözlənilən və yalnız pik yay turizm mövsümündə tətbiq edilən qanuna əsasən, Balear Muxtar Hökuməti parlamenti tərəfindən təsdiqlənərsə, əcnəbilər hər ev üçün yalnız bir avtomobilə sahib ola biləcəklər.

İkinci avtomobilə sahib olmaq istəyən əcnəbilər gündəlik istifadələrinə görə əlavə vergi ödəyəcəklər.Yay mövsümündə adada tıxacın aradan qaldırılması üçün alınan qərarla bağlı açıqlama verən Mayorka yerli hökuməti, adada gündəlik nəqliyyat vasitələri üçün kvota tətbiq edəcəklərini və bunun aşılacağı təqdirdə adaya nəqliyyat vasitələrinin girişini dayandıracaqlarını bildirib.

Nigar Hacılı 
"Cebheinfo.az"