Fransa parlamenti evtanaziya qanununu qəbul edib

Fransa parlamenti evtanaziya qanununu qəbul edib

Fransa parlamenti evtanaziya və palliativ qayğı haqqında qanun layihələrini səs çoxluğu ilə qəbul edib.

Bu barədə “Ouest France” nəşri məlumat yayıb.

Fransa Milli Assambleyasının 305 deputatı həkimlərin köməyi ilə könüllü ölümün tərəfdarı, 199-u isə əleyhinə səs verib.

Təsdiqdən sonra qanun layihələri Fransa parlamentinin yuxarı palatası olan Senata göndərilib.

Müxalif respublikaçı Filip Juvin bildirib ki, yeni qanun depressiyadan əziyyət çəkən və öz qərarlarını verməkdə azad olmayan insanları ölümə sövq edə bilər.

"Cebheinfo.az"