Sərhəddə demarkasiya işi necə aparılır? – “Proses dalana...”

Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan jurnalistlərə bildirib ki, indiki mərhələdə demarkasiya komissiyasının növbəti iclası ilə bağlı razılaşma yoxdur.
“Cebheinfo.az”-ın məlumatına görə, M.Qriqoryan sərhədlərin müəyyənləşməsi istiqamətində işlərin davam etdiriləcəyini deyib:
“Lakin proses dalana dirənmiş deyil. Bizim işin davam etdirilməsinə zəmanət verən tam hüquqi bazamız var”, - deyə o vurğulayıb.
Müşfiq Abdulla
“Cebheinfo.az”