Azərbaycanda mədən vergisi üzrə daxilolmalar 6 % artıb

Azərbaycanda mədən vergisi üzrə daxilolmalar 6 % artıb

2024-cü ildə Azərbaycanda mədən vergisi üzrə daxilolmalar 160 milyon manat proqnoza qarşı icra 173,3 milyon manat (13,3 milyon manat və yaxud 8,3 % çox), 2023-ci il müqayisədə isə 9,8 milyon manat və yaxud 6 % çox icra olunub.

"Cebheinfo.az" bu barədə "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Məlumata görə, mədən vergisi üzrə daxilolmaların 81,4 %-i və ya 141 milyon manatı neft sektorunun (2023-cü illə müqayisədə 11,7 faiz bəndi az), 18,6 %-i və ya 32,3 milyon manatı (2023-cü illə müqayisədə 11,7 faiz bəndi çox) qeyri-neft sektorunun payına düşür.

Qeyri-neft sektoru üzrə mədən vergisinin 2023-cü illə müqayisədə 20,9 milyon manat və ya 2,8 dəfə artım qeyri-filiz faydalı qazıntılarına görə ödənilən mədən vergisi üzrə daxilolmaların 13 milyon manat və ya 4,3 dəfə, mineral sulara görə ödənilən mədən vergisi üzrə daxilolmaların 1,2 milyon manat və 2,6 dəfə artması ilə əlaqədar olub.

Neft sektoru üzrə 2023-cü illə müqayisədə 11,1 milyon manat və ya 7,3 % azalma neft və qaz hasilatının aşağı düşməsi ilə bağlıdır.

"Cebheinfo.az"