Lənkəranda yol qəzasında sürücülər xəsarət alıb - FOTOLAR

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, yol-nəqliyyat hadisəsi Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Separadi kəndi ərazisində qeydə alınıb. "Volkswagen Passat" markalı minik avtomobili "Opel" markalı avtomobillə toqquşub. Qəza nəticəsində "Opel" idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
Hər iki sürücü xəsarətlər alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"