“Laçında İlham Əliyevlə görüşməkdən şərəf duydum” - Şahbaz Şərif

“Laçında İlham Əliyevlə görüşməkdən şərəf duydum” - Şahbaz Şərif

“Mən bu gün gözəl və sakit Laçın şəhərində əziz qardaşım Prezident İlham Əliyevlə görüşməkdən şərəf duydum”.

Bunu Pakistanın Baş naziri Şahbaz Şərif “X” hesabında yazıb.

“Son Pakistan-Hindistan münaqişəsi zamanı Azərbaycanın Pakistana verdiyi sarsılmaz dəstəyə görə ona təşəkkür etdim. Biz Pakistan-Azərbaycan münasibətlərinin bütün sahələr üzrə daha da dərinləşdirilməsi və regional sülh və rifah naminə birgə əməkdaşlığımızın davam etdirilməsi barədə ortaq qətiyyətimizi bir daha təsdiqlədik. Bu nümunəvi qardaşlıq ruhu xalqlarımızın bir-birinə olan sevgisi və məhəbbəti ilə formalaşıb – onların qəlbləri birgə döyünür. Yaşasın Pakistan-Azərbaycan dostluğu!”, - Baş nazir qeyd edib.

"Cebheinfo.az"